Biznesinizi daha ağıllı idarə edin.
Veb, mobil, ERP, satış və data analitikası — bütün texnologiyalar bir ünvanda.
Biznesiniz üçün ağıllı rəqəmsal həllər.
Biznesinizi rəqəmsallaşdırır, prosesləri avtomatlaşdırır və idarəetməni daha effektiv edirik.
-
WhatsApp, Instagram və saytda gecə-gündüz cavab verir, sifariş qəbul edir.
-
Qalıq real vaxtda görünür. Mal bitəndə sistem özü xəbər verir.
-
Kassa, sifariş və müştəri bazası. Hər satış anbara və hesabata öz-özünə düşür.
-
Gündəlik, aylıq və illik hesabatlar avtomatik hazırlanır.
-
Maliyyə, kadr, satış və anbar bir bazada. Hər şöbə eyni rəqəmləri görür.
-
Tanıtım saytı və onlayn mağaza. Telefonda sürətli açılır, Google-da tapılır.
-
Hansı filialın, hansı məhsulun qazandırdığını rəqəmlə görürsünüz.
-
Android və iOS: müştəriləriniz üçün sifariş, işçiləriniz üçün iş tətbiqi.
Bir satış, dörd yerdə.
Həllərimiz ayrı-ayrı proqramlar deyil, bir sistemdir. Kassada edilən satış anbardan silinir, hesabata düşür, axşam telefonunuza xülasə gəlir. Heç kim heç nəyi əl ilə köçürmür.
Necə işləyirik
İlk iki addım pulsuzdur. Sistemi görüb bəyənəndən sonra qərar verirsiniz.
-
01
Tanışlıq
Biznesinizi və indiki iş qaydanızı öyrənirik. Görüş və ya zəng, təxminən 30 dəqiqə.
Pulsuz -
02
Pulsuz demo
Sistemi sizin məhsul və rəqəmlərinizlə qurub canlı göstəririk. Almadan sınayırsınız.
Pulsuz -
03
Hazırlama
Müddət və qiyməti razılaşdırırıq, sistemi mərhələlərlə qurub hər mərhələni sizə göstəririk.
-
04
Təhvil və dəstək
İşçilərinizə istifadəni öyrədirik. Təhvildən sonra da dəstək və yeniləmələr davam edir.
Tez-tez verilən suallar
Cavabını tapmadığınız sual varsa, WhatsApp-da yazın.
Xidmətləri ayrıca almaq olar?
Bəli. Hər həll müstəqil işləyir. Sonradan yenisini əlavə etsəniz, mövcud sistemə qoşulur.
Pulsuz demo necə işləyir?
İşinizə uyğun nümunə sistem qurub canlı göstəririk. Ödəniş və öhdəlik yoxdur: bəyənməsəniz, heç nə borclu deyilsiniz.
Layihə nə qədər vaxt aparır?
Sadə tanıtım saytı 1–2 həftə, ERP və idarəetmə sistemləri isə həcmindən asılı olaraq 1–3 ay çəkir.
Qiymət necə müəyyən olunur?
Qiymət seçdiyiniz həllərdən və funksiyaların həcmindən asılıdır. Tanışlıqdan sonra dəqiq təklif təqdim edirik.
Mövcud proqramımızla işləyəcək?
Əksər hallarda bəli. İstifadə etdiyiniz proqramlarla inteqrasiya imkanlarını birlikdə araşdırırıq.
Məlumatlarımız qorunur?
Bəli. Məlumatlar qorunan serverlərdə saxlanılır, ehtiyat nüsxələr çıxarılır. Hər işçinin nəyi görə biləcəyini siz təyin edirsiniz.
Təhvildən sonra dəstək olurmu?
Bəli. Təhvildən sonra texniki dəstək veririk, lazım olduqda sistemi yeniləyirik.
Sisteminizi almadan sınayın.
Formu doldurun: müraciətiniz WhatsApp-da hazır mesaj kimi açılacaq, siz sadəcə göndərirsiniz.
- Telefon
- +994 50 824 14 00
- @nevotech.az
- TikTok
- @nevotech.az